HUZUR
HUZURSUZLUK
OBASTAN VİKİ
Aksept evi
Atatürk evi
Atatürk evi muzeyi — geniş yayılmış fikrə görə Mustafa Kamal Atatürkün 1881-ci ildə Salonikidə doğulduğu və bu gün muzey kimi istifadə edilən ev. Saloniki bələdiyyəsi, Türkiyə Respublikasının 10 illiyi münasibətilə 1933-cü ildə evi satın alaraq Mustafa Kamala hədiyyə etmək qərarını vermiş; satınalma işləri tamamlanıb hədiyyə edilməsi 1937-də baş tutan ev 1953-də muzey olaraq açılmışdır.Ev-muzeyi ildə 50 mindən artıq insan ziyarət edir. Evin bağçasında Atatürkün atası Əli Rza Əfəndi tərəfindən əkildiyi rəvayət olunan tarixi nar ağacı, tarixi və mədəni dəyəri səbəbilə muzeyin ən çox diqqət çəkən nöqtələrindəndir.Ev 2011-də Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən "müasir abidə" kimi təsdiq edilmişdir. == Ünvanı == "Agiu Dimitriu məhəlləsi, Apostolu Pavlu pr.17" ünvanında yerləşən evin Osmanlı dönəmindəki ünvanı "Koca Kasım Paşa məhəlləsi, İslahane prospekti və ya Numan Paşa prospekti" şəklindədir. == Surətləri == === Atatürk Meşə Ferması Atatürk Evi === Atatürkün 100 illiyi münasibətilə türk xalqının atasına sevgi və hörmətinin dəlili olaraq Salonikidəki Atatürk evinin eyni plan və ölçülər içərisində bir surəti, Ankara Ticarət Palatasının dəstəyi ilə Çarmıqlı qardaşları tərəfindən Atatürk Meşə Fermasının ərazisində inşa etdirilərək 1981-ci il 10 noyabr günü mərasimlə ziyarətə açılmışdır. Bu fəaliyyətlər çərçivəsində Əkinçi Atatürk Abidəsi də ucaldılmışdır. Atatürk evi Atatürk Meşə Ferması idarəsi tərəfindən idarə olunmaqdadır. === Ovçular Atatürk Evi === Ovçular Anbarlı Məhəlləsində yaradılan bu monumental əsər, Atatürkün Salonikidə doğulduğu ev model alınaraq hazırlanmışdır. Əli Külək və Tuncay Gürpınarlı tərəfindən Atatürkün Salonikidəki evi layihələndirildikdən sonra, Memar Müslüm Kaptan tərəfindən Ankara, Sivas və Ərzurumda araşdırma gəzintiləri aparılaraq lazımi məlumat və sənədlər toplandı. Orijinalına sadiq qalınaraq yaradılan bu əsər üçün 650 milyard lirə xərclənmişdir.
Aşurbəyovun evi
Aşurbəyovun evi — Teymur bəy Aşurbəyovun sifarişi ilə oğlu Bala bəy Aşurbəyova toy hədiyyəsi olaraq tikilmiş ev. Bina 1904-cü ildə tikilib və memarı İosif Qoslavskidir. Bu bina Bakı şəhərinin baş memarı olmuş Qoslavskinin son işidir.Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Aşurbəyovun evi Qoqol, 28, Tserkovnıy küçəsinin tini, 148 və Kamenistaya, 189 küçələrində yerləşir. Bina 1904-cü ildə Teymur bəy Aşurbəyovun sifarişi ilə İ. Qoslavski tərəfindən tikilib. Şəhərin mərkəzi məhəllələrinin birində yerləşən bina üç mərtəbəlidir və kvadrat sahəyə malikdir. Qoqol və Kamenistaya küçələri tərəfə olan otaqlar ikisıralıdır. Tserkovnaya küçəsinə baxan kürsü və düzbucaq həyət sahəsində olan bütün tikili birsıralı və yığcamdır. Pilləkənlər qarşılıqlı perpendikulyar oxla yerləşiblər, giriş və arxa pilləkənlər əsas divarların strukturunda məsul pozisiya tuturlar. Qismən təcrid olunmuş dolayı qalereya mövcuddur.
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Behbudovların evi
Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsi.
Behnam evi
Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev. == Haqqında == Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir.
Bəylərin evi
Bəylərin evi — Şuşa şəhəri Komsomolskaya 87 ünvanında yerləşən tarix-memarlıq abidəsidir. == Memarlıq xüsusiyyətləri == XVIII əsrin sonları – XIX əsrin əvvəllərinə aid bu tikilinin memarlıq xüsusiyyətləri həmin dövrə aid bir çox ənənəvi Şuşa evlərinin memarlığı, eləcə də Azərbaycanın digər dağlıq rayonlarının yaşayış evləri üçün xarakterik olan xüsusiyyətlərə malikdir.İki mərtəbəli evin daha hündür olan birinci mərtəbəsində xidməti otaqlar və axır yerləşir. Açıq daş pilləkən ikinci mərtəbədə yerləşən və şərqə doğru istiqamətlənən daş lodciyaya aparır. Lodciyanın iki tərəfinə yaşayış otaqları, üçüncü tərəfində isə divar yerləşir. Lodciyaya açılan otaqların divarları oyma işləmələrlə bəzədilmiş taxta qapılar və böyük şəbəkə pəncərələrlə bəzədilmişdir. Həmin otaqların qarşı tərəfdəki (lodciyaya açılan divarın qarşı tərəfiindəki) divarları da oxşar şəkildə - böyük şəbəkə pəncərələrlə həll edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. А. В. Саркисов, А. М. Ализаде.
Cəm evi
Cəm evi - Ələvilik inancının əsas ibadət məkanı. Cəm evindən zikr edilməsi və müxtəlif dini ibadətlərin icra edilməsi üçün istifadə edilməkdədir. Cəm evinə daxil olmaq üçün müəyyən şərtlər vardır. Qul haqqı yeyən, haqq sahibi ilə halallaşmayan şəxs ibadətxanaya daxil ola bilməz. İbadətlər Allah-Məhəmməd-Əli və 12 imam ətrafında sıxlaşdırılmışdır.
Cənazə evi
Cənazə evi (ing. Funeral home) - Vəfat etmiş şəxsin dəfn edilməzdən əvvəl saxlanılması üçün nəzərdə tutulmuş fərdi və inzibati evlər. Cənazə evləri XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. XIX əsrdə cənazə evləri ölüm elanlarının hazırlanması, vəfat etmiş şəxslərin saxanılması, onlara xüsusi tibb baxımın həyata keçirilməsi və vəfat etmiş şəxs barədə müxtəlif sənədləşmə işlərinin həyata keçilməsi kimi xidmətlər göstərirdilər. Müasir dövrdə də cənazə evlərinin xidmət sahələri arasında ciddi bir dəyişiklik olmamışdır.
Doğum evi
Doğum evi - hamilə qadınların körpələrini dünyaya gətirdikləri yer. Tarixdə ilk doğum evləri Qədim Romada mövcud olmuşdur.
Dəqiqə evi
Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşası və Qızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır.
Faberje Evi
Faberje Evi (rus. “Дом Фаберже”) — 1842-ci ildə Rusiya imperiyasında Qustav Faberje tərəfindən əsası qoyulmuş, xüsusilə çar ailəsi üçün zinyət əşyaları hazırlayan, özünün Faberje yumurtaları ilə məşhurlaşan zərgərlik firması. 2007-ci ildən "Faberje" brendi Fabergé Ltd. şirkətinə aiddir.
Fərhad evi
Fərhad evi — Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində səki düzəldilmişdir; birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 m, eni 1,30 m-dir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var.
Fərəməzovların evi
Fərəməzovların evi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir.Evin divarları daş və əhəng-gil məhlulu qarışığından ina edilmiş, daların arasıda həmin məhlulla üzlənmişdir ki, bu da binanın fasadına xüsusi kolorit verir; birinci mərtəbədə tikilinin fasadı tağvari formalı üç böyük girişə malikdir, ikinci mərtəbədə simmetrik formada üç pəncərə yerləşdirilmişdir. Divar boyunca keçən sadə daş lent pəncərələrin yuxarı ¼ hissəsinə çataraq onların tağını əhatələyir və beləliklə də bir növ çərçivə xarakterini yerinə yetirir. == Ədəbiyyat == Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
Hacınskinin evi
Hacınskinin evi (İçərişəhər)
Heydərzadə evi
Heydərzadə evi - Təbriz şəhərinin Maqsudiyyə məhəlləsində və Təbriz Bələdiyyə Binasının cənub hissəsində yerləşən tarixi saray. == Haqqında == Bu evin dəqiq olaraq nə vaxt tikilməsi hələ də bilinmir. Lakin, aparılan araşdırmalara görə evin təxminən, 1870-ci illərdə Hacı Həbib Lak tərəfindən tikdirildiyi güman edilir. Ev daxili və xarici olmaqla iki həyətə ayrılır. Zirzəmidə hovuzxanə deyilən (daxilində hovuz, hovuzun mərkəzində isə kiçik fəvvarə olan geniş otaq) otaq yerləşir və bu otaq müxtəlif rəngli ornamentlərlə bəzədilmiş kərpiç və tağlardan tikilmişdir. Evin bütün otaqları salon vasitəsi ilə bir-birinə bağlanır. Ev taxtadan düzədilmiş pəncərələrlə, müxtəlif rəngli şüşələrlə, müxtəlif kərpic işləmələrlə və rəsmlərlə bəzədilmişdir. Evin ən gözəl otağı isə əsas otaq hesab edilən və Şah Neşin adlanan otaqdır. == Hal-hazırda == Ev 1999-cu ildə 2524 saylı nömrə ilə İranın Milli Abidələri siyahısına salınmışdır.2001-ci ildə Heydərzadə evi əsaslı şəkildə restavrasiya edilmişdir və hal-hazırda Şərqi Azərbaycan ostanının Turizm İnformasiya Mərkəzinin binası kimi də xidmət göstərir. == Yerləşməsi == Heydərzadə evi Təbriz şəhərinin Maqsudiyyə məhəlləsinində, Təbriz Bələdiyyə Binasının və ya Saat qülləsinin cənub hissəsində yerləşir.
Heyvan evi
Heyvan evi (İngilis dilindəki orijinal adı ilə National Lampoon's Animal House və ya qısaca Animal House) — rejissoru John Landis, ssenari müəllifləri Harold Ramis, Douglas Kenney və Chris Miller olan 1978-ci ildə ABŞ-də çəkilmiş komediya filmidir. Baş rollarda Con Belushi, Tim Matheson, John Vernon, Verna Bloom, Tom Hulce, Stephen Furst və Donald Satherland oynamışdırlar. Filmdə universitet qardaşlığının üzvü olan bir qrup tələbənin Faber Kollecinin dekanının nüfuzuna qarşı apardıqları mübarizə zamanı baş verən hadisələrdən bəhs edilir. Büdcəsi 3 milyon dollar olan film 28 sentyabr 1978-ci ildə ABŞ-də nümayiş olunmuş və nümayişi zamanı $141,6 milyon gəlir əldə etmişdir. Film həmçinin ABŞ Milli Film Reyestrindədir.
Hikmətlər Evi
Hikmətlər evi (ərəbcə: بيت الحكمة Beyt əl-Hikmə) elm məktəbi olub 825-ci ildə Abbasilər hökmdarı olan Əl Məmun tərəfindən Bağdadda, vaxtilə İranın cənubunda mövcud olmuş Qundişapur məktəbinin formasında yaradılmışdır. Bu məktəbin yaradılması kağızın hazırlanması ilə əlaqəli idi. Bağdadda həmin vaxt bir kağız istehsal edən dəyirman tikilir. Bağdadın Suk-əl-Vərrəqin adlı kağız bazarında 100-lərlə dükan fəaliyyət göstərirdi. Bu dükanların böyük əksəriyyəti müəllimlər və yazıçılara məxsus idi. Ən məşhur kağız tacirləri Əhməd ibn Abu Tahir (819-893) və Abu'l Fərəc Məhəmməd ibn İşaq (vəfat edib 995) sayılırdılar. Hikmət evində 90-a yaxın insan yunan dilində olan elmi ədəbiyyatların ərəb dilinə tərcüməsi ilə məşğul idilər. Burada o dövrdə məlum olan bütün antik dövrün alimlərinin əsərləri ərəb dilinə çevrilir.Tərcümə olunanların arasında Hippokratın, Platonun, Aristotelin, Ptolomeyin və Arximedin də işləri vardır. Dəyərli əsərlər tərcümə olunaraq onlara yeni həyat verilmişdir və onlar sonralar Avropada elm və texnikanın inkişafında dəyərli rol oynayırlar. Tarixçi əl Qüftinin məlumatına əsasən məktəbin təşkil olunmasında 37 xristian, 8 səbai və 9 yəhudi mənşəli şəxslər iştirak edirdilər.
Hollihok evi
Hollihok evi — Los-Ancelesin (Kaliforniya) Şərqi Hollivud məhəlləsindəki Aline Barnsdall Hollihok evi Frank Lloyd Rayt tərəfindən əvvəlcə Aline Barnsdallın iqamətgahı olaraq inşa edilmişdir.(1919–1921). Bina indi şəhərin Barnsdall İncəsənət Parkının mərkəzidir. 2019-cu ilin iyul ayında Rayt tərəfindən tərtib edilmiş digər yeddi bina ilə birlikdə YUNESKO-nun Dünya İrsinə əlavə edildi. Hollihok evi ilk dəfə müasir Amerika memarlığı Dünya İrsində tanınıb. == Tarixi == Aline Barnsdall əvvəlcə evin "Olive Hill" kimi tanınan bir əmlak üzərində sənət və canlı teatr kompleksinin bir hissəsi olmasını planlaşdırsa da, layihə heç vaxt tamamlanmamışdır. Bu, Raytın Kaliforniyadakı ikinci layihəsi idi. Rayt o vaxt Yaponiyadakı İmperator Otelinin dizaynı ilə məşğul olduğu üçün tikinti işlərinin çoxuna şəxsən nəzarət edə bilməmişdir. Tikinti və təmir xərclərindən məyus olan Barnsdall klubun 1942-ci ilə qədər davam etməsi üçün Kaliforniya sənət klubuna on beş illik icarəyə verilməsi şərtilə 1927-ci ildə evi Los Angeles şəhərinə bağışlamışdır. Uzun illərdir ki, ev bir sənət qalereyası və Birləşmiş Xidmət Təşkilatlarının obyekti kimi istifadə olunur. 1974-cü ildən bəri şəhər bir sıra bərpa işlərinə sponsorluq etdi, lakin bina 1994-cü ildə "Northridge"də baş verən zəlzələ nəticəsində zərər gördü.
Hundertvasser evi
Hundertvasser evi (alm. Hundertwasserhaus‎) — Avstriyanın Vyana şəhərində yerləşən yaşayış binası. Ünvan: Kegelgasse 36-38, A-1030 Wien, Löwengasse 41-43. Evdə 52 mənzil, 4 ofis, 16 fərdi və 3 ümumi terras, həmçinin 250 ağac və kol vardır. == Tarix == Bina Avstriya rəssamı və memarı Friedensryax Hundertvasser tərəfindən 1983-1986-cı illərdə memar Yozef Kravin ilə birlikdə inşa edilmişdir. 2010-cu ildən etibarən rəsmi adı Hundertvasser-Kravin evi olaraq adlandırılır. == Arxitekturası == Bina "təpəli" mərtəbələri ilə seçilir. Damı torpaq ilə örtülmüşdür. Burada kol, ot və ağaclar əkilmişdir. Hundertvasser rənglərin bütöv bir palitrası, düz xətlərin olmaması, çox miqdarda yaşıllıq, çox yönlülük kimi sənət və gözəllik ideallarını təcəssüm etdirir.
Hökumət Evi
Hökumət Evi — Bakı şəhərinin mərkəzində yerləşən inzibati bina. Binanın memarları Lev Rudnev və Vladimir Muntsdur. Sarayın inşasına 1924-cü ildə, Azərbaycan SSR-in yenicə qurulduğu dövrdə başlanmış və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanmışdır. == Tarixi == Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu dövrlərdə hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir binanın inşasına ehtiyac duyulub. Layihə üzərində çalışan memarlar qarşısında isə böyük sosialist dövlətinin qüdrətini və parlaq gələcəyini özündə əks etdirən bir bina inşa etmək vəzifəsi qoyulmuşdu. Memar Nəriman Əliyevin bildirdiyinə görə, rəsmi Moskva hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər.
Həriri evi
Həriri evi (fars. خانه دكتر حريري‎) — Təbrizdə Tərbiyət küçəsində yerləşən, XIX əsrdə Qacarlar dövründə tikilmiş tarixi ev. Gözəl memarlıq xüsusiyyətlərinə görə milli irs siyahısına əlavə edilib. 2017-ci ildən etibarən binada "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir. == Haqqında == Həririnin evi XIX əsrdə Təbrizdə tikilib. Bina Qacar dövrünə aiddir, iki blokdan ibarət olan və qibləyə üzləşən evin həm daxili və həm xarici həyəti var. Divarlarda olan çoxsaylı rəsmlər, müxtəlif dizaynlar və rənglər doktor Həririnin evini Təbrizdəki digər köhnə evlərdən fərqli edib. Həriri evinin otaqları hər kəsi heyrətə gətirən, unikal divar rəsmləri ilə bəzədilib. Bina 17 yanvar 1999-cu ildə milli abidə olaraq qeydə alınıb.Binanın xarici orijinal Qacar sənətinin təzahürüdür. Evin daxilində divarlara çəkilmiş rəsmlər isə Quran, Yusif və Züleyxa hekayəsi və digər tarixi hekayələr kimi qədim mifoloji mövzulardan ilhamlanaraq çəkilib.
Kekinin evi
Kekinin evi — Kazan şəhərində Qorki 8/9 ünvanında yerləşən, şəhərin mədəni irsi olan ev. Bina özündə modern və neoqotikanı cəmləyən eklektik üslubda inşa edilib. Binanın elementləri arasında mərakeş motivlərinə rast gəlmək mümkündür. == Haqqında == Binanın tikintisi 1903-1905-ci illərdə olub və memar Henri Ruşun son işidir. Binanı sifariş verən yeni evdən əlavə Kazanda bir çox binanın sahibi olan tacir milyonçu Leonti Kekin idi. Bina gəlir evi kimi istifadə olunub. 1910-1914-cü illər arasında binada V.Ryaxinanın özəl gimnaziyası, Təhsili yaymaq üçün pedaqoji cəmiyyətin gimnaziyası, N.Benevskinin hazırlıq məktəbi, Kazan dairəsinin yol və əlaqə idarəsi, S.Palçinskinin kitabxanası, L.Qrossun nəşriyyatı, P.Şatalovun kitab mağazası, A.Afanasyevin çaxır baqqalı və M.Tuxvatullinanın dükanı yerləşib. Sovet hökumətinin dövründə Kekinin evi dövlət mülkiyyətinə keçir. Müxtəlif dövrlərdə binada Kazan hərbi komissarlığı, Rayon su nəqliyyatının idarəetməsi idarəsi, 1 nömrəli yeməkxana yerləşib.XX əsrin sonlarında bina qəzalı vəziyyətə düşüb. 1998-ci ildən bina istifadə olunmayıb, istilik sistemi söndürülüb bu isə özlüyündə bina daxili dağıntılara səbəb olub.
Keret evi
Keret evi — Polşanın Varşava şəhərində tikili və sənət qurğusudur. Bura memarlıq şirkəti vasitəsilə memar Yakob Szczesny tərəfindən tərtib edilib. Ən dar yeri 92 santimetr (3.02 ft), ən geniş yeri isə 152 santimetr (4.99 ft) olmaqla dünyada ən dar ev olaraq məşhurlaşmışdır. İki mərtəbəli sənət qurğusuna binanın ilk icarəçisi olan İsrail yazıçısı və rejissoru Etqar Keretin adı verilmişdir. == Quruluşu == Dəmirdən quraşdırılmış tikili iki mərtəbədən ibarətdir və bir yataq otağı, mətbəx, vanna otağı və yaşayış sahəsindən ibarətdir. İki açılmayan pəncərəsi var və günəş işığı həmçinin divarları təşkil edən şəffaf şüşə panellərdən keçir. Bütün daxili rəng ağ rəngdədir və binanın elektrik enerjisi qonşu bir binadan alınır. Ev xüsusi su və kanalizasiya texnologiyasına malikdir və şəhəri təmin edən su sistemlərinə qoşulmur. Kiçik ölçülərinə görə bina yalnız kiçik bir soyuducuya sahibdir və sakinlər mərtəbədən mərtəbəyə qədər getmək üçün nərdivandan istifadə edirlər. Binaya giriş qapalı olduqda yaşayış sahəsinə çevrilən geri çəkilən pilləkənlər vasitəsilə mümkündür.Keret evinin inşası Varşava şəhər bələdiyyəsi və Polşa Müasir İncəsənət Fondu tərəfindən dəstəkləndi.
Klirinq evi
леси́на наиша́читься омертвева́ть перезарази́ть провозве́стница сёмужный та́йбола захлами́ть ку́льтовый но́ющий пароди́йный ядрёный -щутить artillery officer birth pill case area enfeoffment garvie heave-ho knee-brush melange mole-cast punnily surplice tennis-play